Səudiyyə Ərəbistanı Fələstinin işğalını leqallaşdıracaq sazişə tam dəstəyini açıqlayıb
Rasthaber Azərbaycan xəbər verir ki, başda fələstinlilər olmaqla bir çox müsəlman ölkənin rədd və etiraz etdiyi Tramp və Netanyahunun “Əsrin sazişi”nə Səudiyyə Ərəbistanı dəstək verib.
Krallığın xarici işlər nazirliyinin açıqlamasında deyilir: “Səudiyyə Ərəbistanı Krallığı Fələstin və İsrail arasında hər tərəfli sülh planı hazırlamaq üçün ABŞ prezidenti Donald Tramp hökümətinin addımlarını dəstəkləyirik. Həmçinin ABŞ-ın himayəsi altında tərəflər arasındakı bir başa müzakirələri başlatma və planla əlaqəli hər cür anlaşılmamazlığı müzakirə ilə aradan qaldırılmasına təşviq edirik. Bu da sülh prosesində qardaş Fələstin xalqının qanuni haqlarını təmin edəcək bir sazişin olması üçündür.”
Bu arada Səudiyyənin rəsmi xəbər agentliyi olan SPA-da yayımlanan xəbərə görə, Kral Salman Əbdüləziz Al Səud, Fələstin dövlətinin lideri Mahmud Abbas ilə telefon əlaqəsi qurub.