Trampın sabiq müşaviri: Koronavirusu Bill Qeyts yaradıb

Trampın sabiq müşaviri: Koronavirusu Bill Qeyts yaradıb

Trampın sabiq müşaviri Rocer Ston, koronavirusun Bill Qeyts tərəfindən yaradıldığını bildirib.

 Rasthaber Azərbaycan xəbər verir ki, Trampın sabiq müşaviri Rocer Ston (Roger Stone) , koronavirusun Bill Qeyts(Bill Gates)tərəfindən yaradıldığını bildirib.

Koronavirusun kim yaydığına dair mübahisələr davam edərkən, mövzu ilə bağlı Trampın sabiq müşaviri Rocer Ston koronavirusun Microsoftun qurucusu Bill Qeyts tərəfindən yaradıldığını iddia edib.

Koronavirusun sonunda insanların vücuduna mikroçiplər taxılacağını bildirən Stone “Microsoftun qurucusu Bill Qeyts insanlara mikroçip taxmaq üçün koronavirusu istehsal etdi. Heç kəs mənim bədənimə çip taxa bilməz”, -deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR