Trampın Putinə olan "gizli heyranlığı"

Trampın Putinə olan

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini “diktator” və “çar” adlandırıb və onu dünyanın ən varlı insanı hesab edir.

Rasthaber Azərbaycan xəbər verir ki, bu iddiaları Trampın keçmiş vəkili Maykl Koen özünün “Satqın: Prezident Donald Trampın keçmiş şəxsi vəkili Maykl Koenin real hekayəsi” kitabında yazıb.

“Putin Rusiyanın prezidenti deyil. O, hökmdardır. O, diktatordur. O, çardır. O, istədiyi hər şey edə bilir. O, ömrünün sonunadək lider olacaq”, – deyə Koen Trampdan sitat gətirib.

Vəkilin sözlərinə görə, ABŞ prezidenti “Qazpromla” bağlı qəzetdə dərc edilmiş 25 neftdaşıyanın (20-si bir istiqamətə, 5-i isə başqa bir istiqamətə hərəkət edirdi) əks olunduğu fotonu Koenə göstərib. “Bu beş maşın Putin üçündür”, – deyə Tramp əminliklə bildirmişdi.

Koen deyir ki, Tramp Putini dünyanın ən varlı insanı adlandırıb.

“Əgər bu barədə düşünsək, Tramp Rusiya iqtisadiyyatının 25%-nə nəzarət edir. Ölkə sərvətinin 25%-nə nəzarəti bir təsəvvür et. Məgər bu olduqca yaxşı deyil?”, – deyə guya Tramp kitabın müəllifinə bildirib.

Koen yazır ki, Tramp iddia edirdi ki, Putin öz vəsaitlərini yatırmaları üçün oliqarxlardan istifadə edir.

“Bu, onların etdiyi yeganə şeydir – Putinə pul yatırırlar. İsveçrədə bir bank var ki, onun yalnız bir müştərisi var… Mən bunu əminliklə bilirəm. Putinin trilyon dollardan çox pulu var”, – deyə Trampa istinadən qeyd edilir.

Vəkil deyir ki,  seçkiqabağı kampaniyası zamanı düşünürdü ki, Tramp “gizlində özü üçün Putindəki kimi hakimiyyət istəyirdi”.

Xəbəri paylaş

VİDEOLAR