Trampın ölən olmayıb və cüzi xəsarət var dediyi bazadan peyk görüntüsü

Trampın ölən olmayıb və cüzi xəsarət var dediyi bazadan peyk görüntüsü

Trampın ölən olmayıb və cüzi xəsarət var dediyi bazadan peyk görüntüsü yayımlandı

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ-ın hücumuna cavab olaraq İraqdakı Amerika bazalarına endirilən raket hücumundan sonra ABŞ prezidenti Donald Tramp açıqlama verib.

O açıqlamasında itki olmadığını və cüzi xəsarətlər olduğunu qeyd edərək, İranın hücumu dayandırmasını "hər kəsin xeyrinə" olduğunu bildirib.

Tramp İranı terrora dəstəkdə ittiham edərək, Qasim Süleymani sui-qəsdinə yenidən bəraət gətirib.

Amma CNN və wbur.org kimi saytlar vurulmuş Ayn al Asad hərbi bazasının peykdən çəkilmiş görüntülərini yayıb.

Görüntüdə  bazaya böyük zərbə endirildiyi görünür.

Həmçinin bir neçə yerdə partlamış, yanmış binalar diqqət çəkir.

Xəbəri paylaş

VİDEOLAR