Trampın müşavirindən etiraf: İran qalib gəldi

Trampın müşavirindən etiraf: İran qalib gəldi

ABŞ-ın keçmiş prezidenti Donald Trampın xarici siyasət üzrə müşaviri olan Livan əsilli Valid Fares etiraf edib ki, 41 illik araşdırmasından sonra, o, İranın ABŞ və Qərbə qarşı diplomatik müharibədə qalib gəldiyi qənaətinə gəlib.

Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, ABŞ-da seçki zamanı Donald Trampın xarici siyasət üzrə müşaviri olmuş Livan əsilli Valid Fares "İran niyə qalib gəldi?" adlı məqalə yazıb.

“Newsmax” saytında dərc olunan məqalədə Fares bildirib ki, İran İslam Respublikasının siyasətlərini araşdırdıqdan sonra ABŞ və İran arasında diplomatik müharibədə Tehranın qalib gəldiyi qənaətinə gəlib.

Vaşinqton Milli Müdafiə Universitetinin müəllimi Faresin sözlərinə görə, İran İslam Respublikasının yolunu belə xülasə etmək olar:

"Tehran ABŞ, İsrail və bir çox Qərb ölkələri ilə davamlı münaqişə xətti baş verdikdən sonra, Soyuq Müharibədən, 1990-cı illərin birqütblü sistemindən, 11 sentyabr hadisəsindən sonrakı dövrdən, Ərəb Baharından və ABŞ-ın İraq və Əfqanıstandan çəkilməsindən sonrakı dövrdən sağ-salamat çıxdı. 

İran administrasiyası Qərbə qarşı mühüm uğurlar əldə etmək üçün müxtəlif səbəblərdən öz hərbi və kəşfiyyat imkanlarını gücləndirib".

İranın regionda və dünyanın digər ölkələrində təsirini şərh edən Fares deyib:

"2009-cu ildən, bu sahədə hərəkətə keçən və 2015-ci ildə ən pik həddə çatan İranın güclənməsinin ən ciddi nəticələrindən biri də Tehranın təkcə regionda deyil, Avropa və ABŞ-da da nüfuz sahibi olmasıdır.

İran hələlik qalib gəlib. Ona görə də Vaşinqton administrasiyası İranı dəstəkləyən siyasətinə başqa alternativ tapmasa, ABŞ itirməyə davam edəcək".

Avstriyanın paytaxtı Vyanada sanksiyaların ləğvi üçün aparılan danışıqlara münasibət bildirməkdən çəkinən Fares İslam İnqilabı Keşikçiləri Korpusunun adının ABŞ Dövlət Departamentinin qondarma “terror təşkilatları siyahısı”ndan çıxarılmamasını tövsiyə edib.

Xəbəri paylaş

VİDEOLAR