Trampın koronavirusla bağlı açıqlamalarını tibb işçiləri sərt tənqid etdi

Trampın koronavirusla bağlı açıqlamalarını tibb işçiləri sərt tənqid etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu dərmanın koronavirusla mübarizədə istifadəsini təsdiqləməyib və onun effektivliyinə dair heç bir dəlil yoxdur.

Rasthaber Azərbaycan BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, koronavirusun müalicəsində dezinfeksiyaedici maddələrin istifadəsi barədə prezident Donald  Tramp-ın şərhinin ardınca aparıcı dezinfektant istehsalçısı sərt xəbərdarlıqla çıxış edib.

Lysol və Dettol brendlərinin sahibi Reckitt Benckiser bildirir ki, onun istehsal etdiyi maddələr inyeksiya və ya daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb.

Dizenfektantlar təhlükəli maddələrdir və zəhərlənməyə səbəb ola bilər.

Həkimlər də xəbərdarlıq ediblər ki, həddən artıq ultrabənövşəyi şüalanma dəri üçün təhlükəlidir, içəriyə izopropil spirti və ya xlor əsaslı ağardıcının qəbulu isə ölümcül nəticə verə bilər.

Cümə axşamı günü keçirdiyi mətbuat konfransında ABŞ prezidenti koronavirusun müalicə üsulları ilə bağlı son tədqiqatlar barədə danışaraq, o cümlədən dezinfeksiyaedici maddələrin inyeksiyasının öyrənilməsini təklif edib.

Donald  Tramp-ın şərhləri sosial mediada minlərlə reaksiya doğurub.

"Dezinfeksiyaedici və gigiyena məhsullarımız yalnız nəzərdə tutulmuş və istifadə qaydalarına uyğun istifadə edilməlidir. Zəhmət olmasa, etiket və təhlükəsizlik məlumatlarını oxuyun", - Reckitt Benckiser şirkətinin yaydığı bəyanatda deyilir.

Cümə axşamı günü Ağ Evdə keçirilən brifinq vaxtı hökumət tərəfindən aparılan araşdırmanın nəticələri açıqlanıb. ABŞ Daxili Təhlükəsizlik Departamentinin tədqiqatlar üzrə direktoru William Bryan, günəş işığı və dezinfeksiyaedici maddələrin, spirt və ağardıcının koronavirusu tez və effektiv şəkildə məhv etdiyini açıqlayıb.

Donald  Tramp bu məlumatları şərh edərək "dezinfektant inyeksiyası" və "çox güclü ültrabənövşəyi" işığın potensial müalicəvi imkanları barədə mülahizələri ilə bölüşüb. O, qeyri-standart terapiya kimi, "daxili orqanların ultrabənövşəyi işıqla şüalanmasını" və "virusu dezinfeksiyaedici inyeksiya ilə məğlub etməyin yolları" barədə bəhs edib.

Ağ Evdə keçirilən mətbuata konfransından sonra ABŞ-da yaxşı tanınan Lysol markalı dezinfeksiya maddəsinin adı ən azı 125 min tvitdə qeyd olunub.

Tibb işçiləri Donald  Trampın çıxışını tənqid ediblər

Həddindən artıq ultrabənövşəyi şüalanma dəri üçün təhlükəlidir, içəriyə izopropil spirti və ya xlor əsaslı ağardıcının qəbulu isə ölümcül nəticə verə bilər, həkimlər xəbərdarlıq edir.

"Hər hansı bir təmizləyici məhsulu orqanizmə inyeksiya etmək və ya qəbul etmək məsuliyyətsizdir və təhlükəlidir, - pulmonoloq və qlobal səhiyyə siyasəti mütəxəssisi Dr Vin Gupta, NBC kanalına deyib.

"Xlor əsaslı ağardıcı ağciyərlər üçün ən pis şey olardı", pulmonoloq John Balmes Bloomberg News-a bildirib - Tənəffüs yolları və ağciyərlər hətta aerozol şəklində olsa belə, dezinfeksiyaedicinin təsirinə tab gətirə bilməz."

İlk dəfə deyil ki, tibb sahəsində məsləhət verən ABŞ prezidentinin şərhləri tənqidlə qarşılanır. Bundan əvvəl o, Covid-19-un malyariyaya qarşı dərmanla müalicə olunmasını təklif etmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu dərmanın koronavirusla mübarizədə istifadəsini təsdiqləməyib və onun effektivliyinə dair heç bir dəlil yoxdur.

Xəbəri paylaş

VİDEOLAR