Trampın İran gəmilərinin vurulması əmri yoxdur – Pentaqon yalanladı...

Trampın İran gəmilərinin vurulması əmri yoxdur – Pentaqon yalanladı...

Pentaqon rəsmilərindən biri New York Times qəzetinə açıqlama verib

Rasthaber Azərbaycan xəbər verir ki, İranı n Fars Körfəsindəki gəmi və katerlərilə bağlı Trampın dediyi  "Mən ABŞ Donanmasına təlimat vermişəm ki, bizim dənizdəki gəmilərimizi təhdid edən hər hansı və bütün İran gəmilərinə atəş açaraq onları məhv etsinlər." - sözlərini Pentaqon yalanlayıb.

New York Times qəzetinə açıqlama verən Pentaqon rəsmisi “ABŞ Prezidenti Trampdan İran hərbi katerlərini vurmamızla bağlı heç bir əmr gəlməyib.”, -deyə bildirib.

O insidentdən sonra İran hərbi kater və gəmilərilə qarşı-qarşıya gəlmədiklərini də əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR