Trampın ağır günləri; impiçment məhkəməsi nə deyəcək?

Trampın ağır günləri; impiçment məhkəməsi nə deyəcək?

ABŞ Prezidenti Donald Trampın Senatda impiçment məhkəməsi başlayıb.

Rasthaber Azərbaycan "Voa"ya istinadən xəbər verir ki, Amerika tarixində üçüncü dəfə keçirilən belə bir məhkəmənin açılış iclası prosesin qaydaları üzərində qızğın debatla müşayiət olunub.

Senatorlar Nümayəndələr Palatası tərəfindən impiç edilmiş prezidentin hakimiyyətdən kənarlaşdırılıb-kənarlaşdırılmamasını mühakimə edəcəklər.

Trampın baş vəkili və Ağ Ev müşaviri Pat Sippolone Senatın Respublikaçı çoxluğunun lideri Mitç Makkonnellin təqdim etdiyi möhlət və parametrlərlə qaydalar çərçivəsini “ədalətli” adlandırıb. Sippolone prezidentin “qətiyyən heç bir yanlışlığa yol vermədiyini” israr edir.

Makkonnell təklif edir ki, gündəlik məhkəmə iclasları səkkiz saat olsun. Trampa qarşı iddiaçılara öz arqumetnlərini təqdim etmək üçün üç gün, və prezidentin müdafiəçilərinə də üç gün vaxt verilsin.

Nümayəndələr Palatasında impiçment üzrə menecer Adam Şiff (Demokrat) Makkonnellin planını geniş şəkildə tənqid edərək bu addımın presos zamanı şaihidlərin dindirilməsinə və məhkəməyə Trampın davranışı ilə bağlı Ağ Ev sənədlərinin təqdim olunmasına əngəl törədəcyini bildirib.

Nümayəndələr Palatasında Kəşfiyyat Komitəsinin rəhbəri Şiff deyib ki, şahidlərlə bağlı və sənədlərin istənilməsi ilə bağlı səsvermə keçirilməməsi məhkəməyə inamı sarsıdır.

Şiffin sözlərinə görə şahidlər və Ağ Ev sənədləri olmadan, “ədalətli məhkəmə, yaxud ümumiyyətlə məhkəmə ola bilməz.”

Makkonnelin planına qarşı çıxan Demokratlar onun hərəkətlərini “rüsvayçılıq” adlandırıblar.”

Trampın vəkilləri ilə birlikdə işləyən makkonnell məhkəmənin parametrləri haqda tənqidləri rədd edibş.

“Burada Senatda prezidentin vəkillərinə imkan veriləcək ki, Nümayəndələr Palatasının Demokratları ilə bir müstəvidə prezidentin tərəfini təqdim edə bilsinlər.”

Həmin plan Trampın gələn həftə bəraət almasına gətirib çıxara bilər.

Trampın prezidentlikdən kənarlaşdırılması üçün Senatorların üçdə ikisinin təsdiqi tələb olunur. Lakin heç bir Respublikaçı Senator Trampın hakimiyyətdən kənarlaşdırlmasına çağırmayıb.

Məhkəmədə ABŞ Ali Məhkəməsinin Baş Hakimi Con Roberts hakimlik edir.

ABŞ Nümayəndələr Palatası 19 dekabrda axşam saatlarında Prezident Donald Trampı öz siyasi mənfəəti xatirinə prezident səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin onun əməllərini araşdırmaq səylərini əngəlləməkdə ittiham edərək onun impiçmentinə səs verib.

Partiya xətti üzrə bölünən səsvermədə palatada çoxluq təşkil edən Demokratların mütləq əksəriyyəti iki impiçment maddəsini təsdiq edərək Trampı 243 illik ABŞ tarixində üçüncü impiç edilən prezident etdi.

Senatdakı Respublikaçı çoxluq Trampın prezident vəzifəsindən kənarlaşdırılması ehtimalını azaldır ki, bu da Ağ Evə ikinci dönəm yiyələnməyə can atan Trampın siyasi taleyini 2020-ci ildə seçicilərin öhdəsinə buraxmış olacaq.

Prezidentin Respublikaçı tərəfdarları isə Trampın Ukrayna hökumətini sabiq vitse-prezident və 2020-ci il seçkilərində mümkün rəqibi Co Bayden və onun oğlu Hanter Bayden üzərində təhqiqata çağırmaqla yanlışlığa yol vermədiyini iddia ediblər.

İyulun sonunda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Baydenlər üzərində təhqiqata çağıran Tramp həmin vaxt Rusiyapərəst separatistlərlə müharibə aparan Kyivə çatacaq $391 milyon dollarlıq hərbi yardımı müvəqqəti dayandırmışdı.

Tramp sonradan həmin vəsaitin Ukrayanya verilməsini təsdiqləmişdi ki, bir çox Respublikaçıların nəzərində bu, quid pro quo – yəni Baydenlər üzərində təhqiqat müqabilində Ukraynaya hərbi yardımın verilməsi barədə ittihamları heçə endirir.

Nümayəndələr Palatasında impiçmentin birinci maddəsi (səlahiyyətlərdən sui-istifadə) 230:197 səslə, ikincisi (Konqres araşdırmasını əngəlləmək) isə 229:198 səslə qəbul edilib.

Xəbəri paylaş

VİDEOLAR