Trampdan İrana hücumla bağlı açıqlama

Trampdan İrana hücumla bağlı açıqlama

ABŞ prezidenti Tramp “Yuventus” komandasını Oval kabinetdə qəbul edərkən İsrail-İran gərginliyi ilə bağlı cari qiymətləndirmələr edib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin İrana hücum etdiyi günə toxunan Tramp gərgin və dağıdıcı bir gecəni və bundan sonra daha da şiddətlənən münaqişələri təsvir edib.

İrana hücum edib-etməyəcəyi ilə bağlı ABŞ prezidenti "Nə edəcəyimlə bağlı fikirlərim var, lakin hələ son qərarı verməmişəm. Son saniyəyə qədər son qərarı vermək istəyirəm. Çünki müharibədə hər şey dəyişir" deyib.

ABŞ-ın Yaxın Şərqdə münaqişəyə cəlb edilib-edilməməsi ilə bağlı Tramp açıq şəkildə “mən iştirak etmək istəmirəm” ifadəsini işlədib.

Bölgədəki vəziyyəti yaxından izlədiklərini ifadə edən Tramp, “Qısa müddətdə Situasiya Otağında (İsrail-İran məsələsində) görüşəcəyik” deyib.

Xəbəri paylaş

VİDEOLAR