ABŞ prezidenti Tramp Qəzzada hələ də 59 əsir olduğunu və ölkəsinin bu mövzuda İsrail və HƏMAS ilə danışıqlar apardığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp mətbuata açıq keçirilən kabinet iclasından sonra mətbuatın suallarını cavablandırıb.
Tramp açıqlamalarında Qəzzanın da adını çəkərək, Qəzzada hələ də 59 əsir olduğunu və onlardan yalnız 24-nün sağ olduğunu bildirib. ABŞ-ın məhbuslarla bağlı İsrail və HƏMAS ilə görüşdüyünü və irəliləyiş əldə etdiyini bildirən Tramp, "Onları geri qaytarmağa yaxınıq" deyib.