ABŞ Dövlət prokuroru Cek Smit ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı Kapitoliyə hücum edərək 2020-ci il seçkilərinin nəticələrini dəyişməyə cəhd etdiyinə görə yeni ittihamlar irəli sürüb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Tramp ABŞ-ni aldatmaq, şahid ifadələrini saxtalaşdırmaq, ABŞ vətəndaşlarının hüquqlarına qarşı sui-qəsd və proseslərə mane olmaq ittihamlarına cavab verməlidir.