Tramp “Əsrin sövdələşməsi” planını açıqlayacaq

Tramp “Əsrin sövdələşməsi” planını açıqlayacaq

Tramp Benyamin Netanyahu və bu rejimin “mavi və ağ” partiyasının sədri Beni Qants ilə görüşməlidir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Tramp cümə axşamı günü gecə bildirib ki, Vaşinqtonda sionist rejimin baş naziri Benyamin Netanyahu ilə görüşməzdən öncə “əsrin sövdələşməsi”ni təqdim etmək niyyətindədir.

Donald Tramp çərşənbə axşamı günü Ağ Ev-də sionist rejimin baş naziri Benyamin Netanyahu və bu rejimin “mavi və ağ” partiyasının sədri Beni Qants ilə görüşməlidir.

Tramp bildirib ki, fələstinlilər ola bilsin, öncə bu plana mənfi reaksiya versinlər, lakin bu  plan Fələstin xalqının xeyrinədir.

“Əsrin sövdələşməsi” Amerika hökumətinin yeni planıdır. Bu plan Fələstin xalqının hüquqlarını aradan götürmək məqsədini güdür. Həmin plan Ərəbistan, Bəhreyn və BƏƏ kimi bəzi ərəb ölkələrinin razılığı və həmkarlığı ilə işlənib hazırlanıb.

Amerikan “Əsrin sövdələşməsi” planına əsasən, Qüdsi-Şərif sionist rejimə verilir. Digər ölkələrdəki fələstinli didərginlər geri dönmək haqqından məhrum ediləcəklər və Fələstin İordan çayının qərb sahilində və Qəzza zolağında yerdə qalan ərazilərin mülkiyyətinə malik olacaqdır.

Xəbəri paylaş

VİDEOLAR