15 sentyabrda Bəhreyn və BƏƏ İsrail ilə münasibətlərin normallaşdırılması və diplomatik əlaqələrin qurulmasına dair saziş imzalayıbl
ABŞ prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı da uyğun anda İsraillə münasibətlərin normallaşdırılması sazişinə qoşula bilər.
“Mən Səudiyyə Ərəbistanının kralı (Salman) ilə danışmışam. Uyğun zamanda, düşünürəm ki, onlar da qoşulacaqlar, mən həqiqətən belə düşünürəm”, – deyə o qeyd edib.
Qeyd edək ki, 15 sentyabrda Bəhreyn və BƏƏ İsrail ilə münasibətlərin normallaşdırılması və diplomatik əlaqələrin qurulmasına dair saziş imzalayıblar. Mərasim Ağ Evdə baş tutub.
Sözügedən müqavilə daha öncə ABŞ-ın vasitəçiliyi ilə bağlanmış Avraam razılığı çərçivəsində imzalanıb.