ABŞ prezidenti Donald Tramp Yəmənin Ənsarullah Hərəkatını Co Baydenin prezidentliyi dövründə "xarici terror təşkilatları" siyahısından çıxardıqdan sonra yenidən siyahıya əlavə etmək qərarına gəldiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ənsarullah hərəkatını yenidən “xarici terror təşkilatları” siyahısına əlavə etdiyini açıqlayıb.
Tramp açıqlamasında 2021-ci ildə vəzifəsinin son günlərində Ənsarullahı siyahıya əlavə etdiyini, lakin Bayden rəhbərliyinin vəzifəyə başladıqdan bir neçə ay sonra Ənsarullahı siyahıdan çıxardığını qeyd edib.
Tramp xüsusilə Qırmızı dənizdəki gəmilərə hücumlarına görə bu təşkilatın indi yenidən siyahıya daxil edilməsi lazım olduğunu bildirib. Trampın sərəncamına əsasən, ABŞ Dövlət Departamenti 30 gün ərzində Ənsarullahı yenidən rəsmi olaraq terror təşkilatları siyahısına əlavə edəcək.