Tramp: Müsəlman ölkələrinə səyahət qadağasını geri qaytaracam!

Tramp: Müsəlman ölkələrinə səyahət qadağasını geri qaytaracam!

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində qalib gələcəyi təqdirdə, əksəriyyəti müsəlman olan bəzi ölkələrə tətbiq etdiyi mübahisəli səyahət qadağasını daha geniş və güclü şəkildə geri qaytaracağını bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, Ayova ştatında 2024-cü il seçki kampaniyası çərçivəsində təşkil etdiyi mitinqdə çıxış edən Tramp, prezidentliyi dövründə əksəriyyəti müsəlman olan bəzi ölkələrə tətbiq etdiyi səyahət qadağasını xatırladıb:

"Vəzifə başına qayıtdığım zaman səyahət qadağası əvvəlkindən daha geniş və daha güclü şəkildə geri qayıdacaq.

Biz insanların ticarət mərkəzlərimizi partlatmasını istəmirik. Biz istəmirik ki, insanlar şəhərlərimizi partlatsınlar və əkin sahələrimizi oğurlasınlar.".

Xatırladaq ki, Tramp vəzifəyə gəldikdən bir həftə sonra, 2017-ci il yanvarın 27-də İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreyaya səyahət qadağası qoymuş və qərara qarşı hava limanlarında kütlələr tərəfindən etiraz edildikdən sonra o, geri addım atmalı olub.

Xəbəri paylaş

VİDEOLAR