Ağ Ev brifinq otağına daxil olan jurnalistlərin hərarətini ölçüb.
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp şənbə günü deyib ki, o, koronavirus testini edib, lakin onun hərarəti “tamamilə normaldır” və onun administrasiya pandemiyanın qarşısını almaq məqsədilə səyahət qadağasına Britaniya və İrlandiyanı da əlavə edib.
Ağ Ev brifinq otağına daxil olan jurnalistlərin hərarətini ölçüb.
Bazar günü Trampın koronavirusla bağlı verdiyi testin nəticələri mənfi olub. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Prezidentin həkimi Şonan Konliyə istinadən verilən açıqlamada qeyd edilib ki, Vaşinqton Administrasiyasının başçısı sağlamdır.