Tramp İrana qarşı güc tətbiq etmək səlahiyyətlərini məhdudlaşdıran qətnaməyə veto qoyub
ABŞ prezidenti Donald Tramp Konqresin millət vəkillərinin icazəsi olmadan İrana qarşı silahlı qüvvələrdən istifadə səlahiyyətlərini məhdudlaşdıran qətnaməsinə veto qoyub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Trampın bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Bu gün mən ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda istifadəsini dayandırmağı əmr edən qətnaməyə veto qoydum".