Tramp İrana qarşı daha bir geri addım atıb.
Az.rasthaber.com xəbər verir ki, Haaqada jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp İrandakı mövcud administrasiya ilə bağlı ritorikasını dəyişib.
Rejim dəyişikliyini istəmədiyini bildirən Tramp deyib:
"Hər şeyin mümkün qədər tez sakitləşməsini istərdim. Rejim dəyişikliyi xaos yaradar. İranlılar çox yaxşı tacirlər, çox yaxşı iş adamlarıdır. Həm də çoxlu neftləri var. Onlar yaxşı vəziyyətdə olmalıdırlar".