ABŞ prezidenti Donald Tramp Ağ Evdə açıqlamalar verib.
Az.rasthaber.com xəbər verir ki, son açıqlamalarının demək olar ki, hamısı yalan olan Tramp İranın ABŞ-la görüşmək istədiyini iddia edib.
Tramp deyib:
"İranda tam istədiyimiz yerə vurduq. Vurulan obyekt qayaların altına gömüldü. İranın nüvə proqramlarına dönəcəyini düşünmürəm. İran bizimlə görüşmək istəyir. Gələn həftə İranla görüşəcəyik".
Qeyd edək ki, İran və ABŞ arasında nüvə müzakirələrinin davam etdiyi bir vaxtda sionist İsrail rejimi Trampın razılığı ilə İrana hücum etdi və İran ABŞ-la danışıqların başa çatdığını və bundan sonra danışıqların olmayacağını açıqladı.