Tramp Fələstin əleyhinə anlaşmasını təqdim etdi

Tramp Fələstin əleyhinə anlaşmasını təqdim etdi

Trampın İsrail lehinə "Əsrin anlaşması" layihəsi təqdim olunub

Rasthaber Azərbaycan xəbər verir ki, Tramp nəhayət "Əsrin anlaşması"nı təqdim edib.

O Fələsttinin paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət elan edilməsini təklif edib. Donald Tramp əlavə edib ki, fələstinlilər sülh prosesi çərçivəsində özünü idarə edəcək addımlar atmalıdır.

Bunun müqabilində İsrail Fələstin ərazilərində yaşayış məntəqələrinin inşasını dondurmalıdır. Rəsmilərin bildirdiyinə görə, bu müddət ərzində Fələstin dövlətçiliyinin təsisi müzakirə edilməlidir.

İsrail-Fələstin sülh müzakirələri 2014-cü ildən dalana dirənib. Lakin Trampın təklifinin müzakirələrin bərpasına yol açacağı bəlli deyil.

ABŞ rəsmiləri fəslətinlilərin müzakirələr təklifinə skeptik yanaşdığını, lakin zaman keçdikdcə onların müzakirələrə başlayacağına ümid etdiklərini bildirib.

Qeyd edək ki, bu anlaşma hətta ABŞ-a və danışıqlara müsbət yanaşan FM-nın rəhbəri Mahmud Abbas tərəfindən dəfələrlə rədd edilib. Açıqlanmamışdan əvvəl Mahmud Abbas Trampı ağır ifadələrlə tənqid etmişdi.

Xəbəri paylaş

VİDEOLAR