ABŞ-ın keçmiş prezidenti bu ölkənin hazırkı hökumətinə Kiyevə kaset bombası göndərmək barədə xəbərdarlıq edir.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Russia Todayın sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı prezident Co Bayden administrasiyasına kaset bombalarının Ukraynaya göndərilməsi ilə bağlı xəbərdarlıq edərək bildirib ki, Vaşinqton “bizi 3-cü Dünya Müharibəsinə yaxınlaşdırır”.
“Truth Social” adlı sosial şəbəkəsində yayımlanan açıqlamada Tramp yazıb: "Co Bayden müharibəyə son qoymağa və hökumətin səbəb olduğu dəhşətli qətl və dağıntıları dayandırmağa çalışmalıdır."
ABŞ-ın 45-ci prezidenti kaset bombalarından istifadəni həm humanitar, həm də strateji baxımdan tənqid edib və qeyd edib ki, yararsız sursatlar müharibə bitdikdən çox sonra "onilliklər ərzində günahsız ukraynalı kişi, qadın və uşaqları öldürəcək və şikəst edəcək".