ABŞ prezidenti Donald Tramp İranın raket hücumlarının İsrailə ağır zərbə vurduğunu etiraf edib.
Az.rasthaber.com xəbər verir ki, Hollandiyanın Haaqa şəhərində NATO-nun Sammiti çərçivəsində çıxış edən ABŞ prezidenti Donald Tramp İranın raket hücumlarının İsrailə ağır zərbə vurduğunu etiraf edib.
İsrail-İran atəşkəsin necə irəlilədiyi ilə bağlı sualı cavablandıran Tramp atəşkəsin çox yaxşı getdiyini bildirib.
İranın nüvə proqramı ilə bağlı sualı da cavablandıran Tramp, İranın hazırda etmək istədiyi son şeyin uranı zənginləşdirmək olduğunu iddia edib. Tramp həmçinin İranın nüvə proqramına icazə verməyəcəklərini təkrarlayıb.
Donald Tramp deyib ki, atəşkəs həm də İran üçün böyük qələbədir.