Tramp: ...bilmirəm, bəlkə də, onu götürməliyik

Tramp: ...bilmirəm, bəlkə də, onu götürməliyik

ABŞ Suriyanın şimal-şərq bölgəsində hazırda nəzarət etdikləri neft yataqlarından əlavə başqa neft yataqlarını da ələ keçirə bilər.

Rasthaber Azərbaycan “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp mətbuata müsahibəsində bildirib.

Dövlət başçısı həmçinin neft yataqlarına nəzarəti əldən vermədən amerikalı hərbçiləri Türkiyənin Suriyada keçirdiyi “Barış pınarı” əməliyyatı bölgəsindən çıxarmağı da özünün məharəti kimi qələmə verib: “Mən Suriyada hərbi qüvvələri neft yataqlarına nəzarət etmək üçün saxlamışam. Orada yalnız neft yataqlarını qorumaq üçün lazımi sayda qüvvə qalıb”.

Həmin neft yataqlarını ələ keçirmələri ehtimalı barədə suala cavab verən Ağ Ev başçısı “bilmirəm, bəlkə də, onu götürməliyik” şəklində fikir bildirib.

Xəbəri paylaş

VİDEOLAR