Co Bayden altı yaşlı uşaq ağılındadır.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, dünya Baydenə gülür:
“Mən Baydenin bu yaşında ondan daha ağıllı olan altı yaşlı uşaqlarla rastlaşmışam”.
Siyasətçi Co Baydeni korrupsioner və səriştəsiz adlandırıb.
Bayden deyib ki, Çin və Rusiya rəhbərliyi ABŞ-nin başına gələnlərə inana bilmir.
“Ölkəmizə, prezidentimizə hörmət edirdilər, ona görə də biz təhlükəsiz idik. Çin bizimlə uşaq kimi danışır”, - deyə Tramp narazılığını bildirib.