Tram ABŞ-ın İraqdakı səfirliyinə hücuma görə İranı günahlandırıb

Tram ABŞ-ın İraqdakı səfirliyinə hücuma görə İranı günahlandırıb

ABŞ Prezidenti Donald Tramp aksiyaçıların Bağdadda ABŞ səfirliyinə hücum etməsinə münasibət bildirib.

Rasthaber Azərbaycan-ın APA-ya istinadlı məlumatına görə, D. Tramp “Twitter” səhifəsində yazıb ki, İran İraqda bir amerikalı mühəndisi öldürüb, çox saylı yaralı var.

ABŞ Prezidenti İranın İraqdakı bu addımına sərt reaksiya verildiyini və hər zaman da sərt reaksiya veriləcəyini vurğulayıb: “İran indii ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil edir. Bu hücuma görə İran məsuliyyət daşıyacaq. İraq təhlükəsizlik qüvvələrinin ABŞ səfirliyini qorumasını gözləyirik”

Xəbəri paylaş

VİDEOLAR