Britaniyada keçmiş baş nazir Toni Bleyrin ən yüksək cəngavər ordenindən məhrum edilməsinə çağıran petisiya yaradılıb.
Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, yarım gün ərzində 100 mindən çox insan keçmiş hökumət başçısını Qarter ordenindən məhrum etməyə çağıran petisiyanı imzalayıb.
“Bleyr Birləşmiş Krallıq konstitusiyasına və ölkənin ictimai quruluşuna ciddi zərər vurub. O, çoxlu sayda günahsız mülki əhalinin ölümünə və ölkənin müxtəlif münaqişələrdə iştirakına görə şəxsən məsuliyyət daşıyır. Təkcə bunun üçün o, həbs edilməlidir. O, müharibə cinayətlərinə görə cavabdehdir”, - deyə petisiyanın mətnində bildirilib.
Qeyd edək ki, Tony Bleyr 1997-2007-ci illərdə Böyük Britaniyanın baş naziri olub. O, bir neçə dəfə Böyük Britaniyanın İraq və Əfqanıstana müdaxiləsinə görə tənqid edilib.