Tokioda Qəzzaya dəstək nümayişi: Fələstin xalqının yanındayıq!

Tokioda Qəzzaya dəstək nümayişi: Fələstin xalqının yanındayıq!

Yaponiyanın paytaxtı Tokionun iş dünyası və bürokratiya mərkəzlərindən biri olan Şinjuku rayonunda “Fələstin üçün susma” nümayişi keçirilib.

Az.rasthaber.com xəbər verir ki, Yaponiya qeyri-hökumət təşkilatlarının üzvləri və Tokioda yaşayan müsəlman ölkələrinin vətəndaşları paytaxtın Şinçuku stansiyasının qarşısında bir araya gəliblər.

Stansiyanın qarşısındakı piyada zolağında “Fələstin üçün susma” mövzusunda keçirilən tədbirdə nümayişçilər nağara, darbuka, saksafon, sinc kimi alətlərlə ritm saxlayaraq mahnılar oxuyublar.

Fələstin bayraqları daşıyan nümayişçilər “Yaponiya hökuməti, İsraili atəşkəsə çağır”, “Fələstini çaydan-dənizə azad edin” və “Terrorçu İsrail hökuməti” kimi şüarlar səsləndiriblər.

Sionist İsrail ordusunun Qəzza zolağına hücumlarına etiraz edən nümayişçilər əllərində "İsrailə qarşı sanksiyalar tətbiq edin" və "Yaponiya xalqı Fələstin xalqının yanındadır" yazılı plakatlar qaldırıblar.

Xəbəri paylaş

VİDEOLAR