Təl-Əvivdə polis 40-a yaxın etirazçını saxlayıb

Təl-Əvivdə polis 40-a yaxın etirazçını saxlayıb

Sionist media xəbər verir ki, İsrail polisi Təl-Əvivdə müharibə naziri Yoav Qallantın işdən çıxarılmasına qarşı keçirilən etiraz aksiyaları zamanı 40-a yaxın adamı saxlayıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin məlumatına görə, polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından və digər xüsusi vasitələrdən istifadə edib.

Çərşənbə axşamı gecə baş nazir Benyamin Netanyahu müharibə naziri Yoav Gallantı istefaya göndərmək qərarını elan etdikdən sonra İsraildə etirazlar başlayıb.

Minlərlə etirazçı Təl-Əvivin şərqində magistral yolu bağlayıb, yüzlərlə nümayişçi isə Netanyahunun Əl-Qüdsdəki iqamətgahı yaxınlığında toplaşıb. Hayfada etirazçılar mərkəzi küçələrdən birində nəqliyyatın hərəkətini kəsiblər.

Parlament müxalifətinin lideri Yair Lapid İsrail xalqını küçələrə çıxmağa çağırıb. Deyirdi ki, müharibənin ortasında Qəlləti işdən çıxarmaq dəlilikdir.

Xəbəri paylaş

VİDEOLAR