Təl-Əvivdə dəhşətli partlayış baş verib

Təl-Əvivdə dəhşətli partlayış baş verib

Sionist mediası Təl-Əvivin şimalındakı sənaye zonasında bir fabrikdə böyük partlayış baş verdiyini açıqlayıb və bu hadisədə ən azı 3 nəfərin yaralandığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, çərşənbə axşamı səhər yerli mənbələr işğal olunmuş Fələstində Təl-Əvivin şimalındakı sənaye bölgəsində güclü partlayışın baş verdiyini bildiriblər.

Ramat HaŞaron bölgəsindəki sakinlərdən təhlükəli materialların sızmasından qorxaraq, bu sənaye zonasında baş verən güclü partlayışdan sonra evlərinin qapı və pəncərələrini tamamilə bağlamaları xahiş olunub.

Xəbərlər bildirir ki, partlayış Ramat HaŞaron sənaye bölgəsində kimya fabrikində baş verib və ən azı 3 sionist yaralanıb. Bəzi mənbələr bu fabrikin hərbi zavod olduğunu da bildiriblər.

İbranicə “Walla” qəzeti bu mövzuda belə bir açıqlama verib: “Ramat HaŞaron fabrikində partlayışın baş verdiyi yerə yanğınsöndürmə briqadaları çağırılıb və hadisənin səbəbi hələlik məlum deyil.

Digər sionist mediaları da Tel-Əvivin şimalındakı bu fabrikdə partlayış anına və partlayış yerinə göndərilən çoxlu sayda təcili yardım və xilasedici maşınların foto və videolarını dərc edib.

İbrani dilində çıxan “Yediot Aharonot” qəzeti də bu iddialarla çıxış edib: “Partlayış yerində təhlükəli materialların olması və sızması ehtimalı təkzib edilib, İsrail hakimiyyəti isə partlayışın təxribat nəticəsində baş verdiyini təkzib edib”.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Xəbəri paylaş

VİDEOLAR