Təl-Əviv: İranın vurduğu zərərin bir hissəsini hələ açıqlamamışıq

Təl-Əviv: İranın vurduğu zərərin bir hissəsini hələ açıqlamamışıq

İsrail rejiminin “Kanal 13” televiziyası İranın raket hücumlarının işğal olunmuş ərazilərdə böyük can və mal itkisi ilə nəticələndiyini etiraf edib.

Az.rasthaber.com xəbər verir ki, məlumata görə, İranın hücumları sionist rejim ordusunun bazaları və strateji obyektlərində geniş dağıntılara səbəb olub. Səlahiyyətlilər, bu zərərin böyük hissəsinin ictimaiyyətlə paylaşılmadığını bildirdi.

Hesabatda İranın həssas hədəflərə yüksək dəqiqliklə hücum etdiyi və Weizmann Araşdırma Mərkəzi kimi bəzi mühüm nöqtələrə vurulan zərərin açıq şəkildə göründüyü, lakin bir çox başqa obyektlə bağlı sükutun qorunduğu ifadə edildi.

Əvvəlki məlumatlara görə, İranın “Real Promise 3” əməliyyatları zamanı 2305 bina dağıdılıb və 13197 sığorta müraciəti edilib.

Xəbəri paylaş

VİDEOLAR