Fələstin mənbələri Təl-Əvivin Fələstin müqavimətinin raketlərlə hücumuna məruz qaldığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın hərbi qanadının Qəssam Briqadaları sionist rejimin Qəzza sakinlərinə qarşı cinayətlərinə cavab olaraq Təl-Əvivə raket hücumu ediblər.
Eyni zamanda Təl-Əvivin şərqində yerləşən Beyt Tikfada həyəcan təbili çalıb və bir neçə partlayış Təl-Əvivi silkələyib.
Digər tərəfdən, Fələstin İslami Cihadının hərbi qolu olan Qüds Batalyonları Qəzza ətrafında Nirim, Niir İshaq və Niyruza raket zərbələri endirdiyini bildirib.