«Titanik»ə gedən «Titan»ın qalıqları 5 ölü ilə tapıldı

«Titanik»ə gedən «Titan»ın qalıqları 5 ölü ilə tapıldı

Az.Rasthaber.com xəbər verir ki, Atlantik okeanında "Titanik"in qəzaya uğradığı yerə 18 iyunda turistik ekspedisiyaya gedərkən yoxa çıxan sualtı qayıq tapılıb. Sualtı qayıqda olan 5 nəfər həlak olub.

ABŞ Sahil Mühafizəsi Xidməti səlahiyyətliləri sualtı qayığın təzyiq nəticəsində partladığını və parçalandığını bildirib.

Parçalar okeanın 4 kilometr dərinliyində, “Titanik” gəmisinin dağıntılarından 488 metrlik məsafədə ortaya çıxarılıb.

“The Wall Street Journal” yazıb ki, ABŞ Hərbi Dəniz Donanmasının gizli səs sistemi “Titan” suya girəndən az sonra partlayış səsini aşkar edib.

Sualtı qayıqla bağlı faciəvi təfərrüatlar ortaya çıxarılmaqdadır.

İtkin sualtı qayıqda həyatını itirən britaniyalı milyarder Stokton Raşın (Stockton Rush) həyat yoldaşı Vendi Raşın (Wendy Rush) 1912-ci ildə “Titanik” qəzasında həlak olan ər-arvadın nəvəsi imiş.

Xatırladaq ki, təxminən 6,5 metr uzunluğunda olan və 5 sərnişini ilə yola çıxan sualtı gəmi “Titan” Titanikin dağıntılarına turistik səfər üçün iyunun 18-də 96 saatlıq oksigen tədarükü ilə suya enmişdi.

Sərnişinlər arasında 58 yaşlı britaniyalı milyarder Həmiş Hardinq (Hamish Harding), Pakistanın ən zəngin iş adamlarından olan 48 yaşlı şahzadə Davut və onun 19 yaşlı oğlu Süleyman, “OceanGate” şirkətinin qurucusu Stokton Raş və fransız sualtı pilotu Pol Henri Narqeolet (Paul Henry Nargeolet) də olub.

Səyahət müddəti 2,5 saat olacağı proqnozlaşdırılan sualtı qayığın dalışdan 1 saat 45 dəqiqə sonra "Polar Prince" gəmisi ilə əlaqəsi kəsilib.

Pakistan Xarici İşlər Nazirliyi "Titanik"in qalıqları altına dalarkən itən sualtı qayıqda Pakistan şahzadəsi Davut və oğlu Süleymanın da olduğu 5 nəfərin ailələrinə başsağlığı verib.

Xəbəri paylaş

VİDEOLAR