Tel-Əviv yenə vuruldu - Sionistlər acizliyini gizlədir...VİDEO

Tel-Əviv yenə vuruldu - Sionistlər acizliyini gizlədir...VİDEO

Yəmən Ordusu yenə Tel-Əvivi “Fələtin 2” hipersonik raketlə vurub.

Rasthaber Azərbaycan xəbər verir ki, İsrail mediası Təl-Əvivin Yəməndən atılan raketlə hədəfə alındığını və geniş işğal edilmiş ərazilərdə həyəcan siqnalının işə düşdüyünü yayıb.

Məlumata görə, 200-dən çox nöqtədə həyəcan siqnalları işə düşüb, iki milyon insan sığınacaqlara qaçıb.

“Kanal 12” telekanalı isə bildirdi ki, “Yəməndən raket atıldığı vaxt Təl-Əvivə enməyə hazırlaşan təyyarə şimal bölgəsinə yönləndirilib”.

İsrail təcili yardım xidməti Yəməndən İsrailə raket atıldıqdan sonra sığınacaqlara qaçış zamanı 9 israillinin xəsarət aldığını bildirib.

 Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, əməliyyat Allahın köməyi ilə uğurla həyata keçirilib.

General Səri vurğulayıb ki, Yəmən Silahlı Qüvvələri və böyük Yəmən xalqının bütün azad insanları İsrail-ABŞ-Britaniya təcavüzünə qarşı tam hazır və mübarizəyə əzmli şəkildə davam edir. O, həmçinin, zülmə məruz qalmış fələstinli xalqa dini, əxlaqi və insani borclarını yerinə yetirməkdə qərarlı olduqlarını və Qəzzaya edilən hücumlar dayandırılana və mühasirə qaldırılana qədər bu əməliyyatları davam etdirəcəklərini bildirib.

Sionistlər isə acizliklərini gizlədirlər...

Xəbəri paylaş

VİDEOLAR