Tel-Əviv və Hayfada Netanyahuya qarşı nümayişlər davam edir

Tel-Əviv və Hayfada Netanyahuya qarşı nümayişlər davam edir

Sionist mühacirlər Tel-Əviv və Hayfada kütləvi nümayişlər keçirərək Qəzzada müqavimət hərəkatı ilə məhbus mübadiləsi sazişinin dərhal imzalanmasını tələb ediblər.

 


Şahab News-un məlumatına görə, etirazçılar şüarlar səsləndirərək, Fələstin müqaviməti ilə məhbusların mübadiləsi üçün dərhal razılıq əldə olunmasını tələb ediblər.

Qəzza zolağındakı sionist məhbusların ailələri bu nümayişdə iştirak edərkən şüarlar səsləndirərək, Qəzzada övladlarının əsirliyinə görə Netanyahunun kabinetinin məsuliyyət daşıdığını bildiriblər.

Sionist məhbusların ailələri danışıqların uğursuzluğunda Benyamin Netanyahunu günahlandırıb və Netanyahunun razılaşma üçün elan etdiyi yeni şərtlərin onun əldə olunmasına mane olacağını vurğulayıblar.

 

Xəbəri paylaş

VİDEOLAR