Tehranın İmam Cüməsi: İran enerji sahəsində bənzərsiz tutuma sahibdir

Tehranın İmam Cüməsi: İran enerji sahəsində bənzərsiz tutuma sahibdir

Bu həftəki Tehran Cümə Namazı, Höccətülislam Seyid Məhəmməd Həsən Əbutorabifərrdin imamlığı ilə əda edildi.

Rasthaber Azərbaycan xəbər verir ki, Tehranın imam cüməsi xütbələrində gündəmdəki mövzulardan danışıb.

İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xameneinin ölkədəki son olaylarda rolu olmayan amma toqquşmalarda həyatını itirən qurbanlara “şəhid” adı verilməklə maddi təzminat ödənilməsi lazım olduğunu əmr etdiyini xatırladan Höccətülislam Seyid Məhəmməd Həsən Əbutorabifərd “Ümidvaram bu həyatı rəhbərlik İran millətinin milli birliyini və bərabərliyini təmin olunmasına və düşmənlər ilə xarici kəşfiyyat servislərinin pis planlarının fiyaskoya uğramasına yol açar”, -deyə bildirib.

İmam cümə İranın enerji sahəsində bənzərsiz bir tutuma sahib olduğunu önə çəkərək “Ölkəmiz Asiya qitəsinin öndə gələn iqtisadi gücü vəziyyətinə gəlməlidir. Bu Ayətullah Xameneinin liderliyində şübhəsiz həyata keçəcəkdir.”, - deyə əlavə edib.

Benzinin bahalaşmasından danışan imam cümə deyib: “Yanacaq qiymətlərinin uyğun qiymətə tənzimlənməsi, ölkə iqtisadiyyatının böyüməsinə və sosial ədalətin inkişafına yolaçan qaçılmaz bir iqtisadi vacibatdır.”

“Büdcə ehtiyatlarında neft gəlirlərinin payı tədricən azaldılmalıdır”,-deyən Əbutorabifərd, hökümət ilə deputatların İslam İnqilabı Liderinin büdcə ilə bağlı təlimatını nəzərə almalı olduğunu qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR