Tehranın İmam cüməsi: Bu əsrin rüsvayçlılığı, əsrin zilləti və əsrin xəyanətidir

Tehranın İmam cüməsi: Bu əsrin rüsvayçlılığı, əsrin zilləti və əsrin xəyanətidir

Tehranın cümə namazı xətibi amerikan “əsrin sövdələşməsi” planını pisləyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Tehranın imam cüməsi Ayətullah Müvəhhidi Kermani olub.

O Tehranın bu həftəki cümə namazının xütbəsində bildirib ki,  “əsrin sövdələşməsi” planı əslində əsrin rüsvayçlılığı, əsrin zilləti və əsrin xəyanətidir.

 “Əsrin sövdələşməsi” bəzi ərəb hökumətlərinin xəyanətlərinin məhsuludur, amma heç bir fitnə və xəyanət Fələstin xalqının hüquqlarını poza bilməz.", -deyə imam cümə əlavə edib.

Ayətullah Müvəhhidi Kermani  bildirib ki, dünya azadlıqsevərləri “əsrin sövdələşməsi” planını pisləyiblər.

O qeyd edib ki, müqavimət Amerikanın belini sındıracaq və Fələstin azad olacaq.

Tehranın cümə namazı xətibi daha sonra bildirib ki, düşmənlər müqaviməti tərkisilah etmək istəyirlər. Ayətullah Kermani "Amerikalılar bu arzunu qəbirə aparacaqlar.", -deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR