İran İslam Respublikasının paytaxtı Tehranda zəlzələ baş verib.
Rasthaber Azərbaycan Səhər Azəri-yə istinadən xəbər verir, az öncə Tehranda zəlzələ baş verib.
4.5 bal gücündə Tehranda hiss olunan yeraltı təkanlar yerli vaxtla saat 00:48 radələrində qeydə alınıb.
Zəlzələnin episentri Tehranın Dəmavənd bölgəsində 5.1 bal gücundə olub, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Qey edək ki nisbətən güclu olan bu zəlzələdən təqribən bir saat əvvəl yəni yerli vaxtla saat 23:30 radələrində də 3 bal gücündə hiss olunan daha bir yeraltı təkan qeydə alınıb.