Tehranda qəzaya uğrayan və 176 nəfərin ölümünə səbəb olan Ukraynaya məxsus təyyarənin son anları
Rasthaber Azərbaycan xəbər verir ki, Tehranda 8 yanvarda qəzaya uğrayan Ukyarnaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin qəza anı təhlükəsizlik kameralarından çəkilmiş videosu yayılıb.
İran mediası bu videonu paylaşıblar.
Qeyd edək ki, təyyarə qəzasında 82 nəfər İran vətəndaşı, 63 nəfər Kanada vətəndaşı, 11 nəfər Ukrayna vətəndaşı (2 sərnişin və 9 ekipaj üzvü), 10 nəfər İsveç vətəndaşı, 4 nəfər Əfqanıstan vətəndaşı, 3 nəfər Almaniya vətəndaşı və 3 nəfər Böyük Britaniya vətəndaşı həyatını itirib.