Bazar günü İranın paytaxtı Tehranda Fransa səfirliyi qarşısında bir qrup vətəndaşın iştirakı ilə təşkil edilən aksiyada Fransanın “Charlie Hebdo” jurnalının dini mərcəiyyətə qarşı təhqiri etiraz edilib.
Az.rasthaber.com xəbər verir ki, Etirazçılar İsrail rejimi və İngiltərə əleyhinə şüarlar yazılmış pankartlar açıblar.
Nümayişdə iştirak edən vətəndaşlar da "Fransaya ar olsun", "Düşmənçiliyə son", "Məhv olsun Amerika" şüarları səsləndirərək iqtidarın və vilayeti-fəqihin arxasında durduqlarını bildiriblər.