Tehranda bir qrup Mossad agenti zərərsizləşdirilib

Tehranda bir qrup Mossad agenti zərərsizləşdirilib

İran İsrailin xarici kəşfiyyat xidməti Mossad adından fəaliyyət göstərdiyini iddia etdiyi bir qrupun paytaxt Tehranda saxlanıldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, mövzu ilə bağlı Baharistan Qubernator Köməkçisi Murad Muradi məlumat verdi.

Qubernator müavini Muradi deyib: "Mossad-a bağlı bir hərəkətə hazırlaşan bir terror qrupu, maşınla Tehranın Baharistan bölgəsinə girərkən tutuldu".

Muradi bildirib ki, şübhəli vasitənin ilkin müayinəsində çoxlu sayda partlayıcı, hədəf sistemli mini pilotsuz təyyarələr, qabaqcıl döyüş silahları, qabaqcıl rabitə vasitələri və uzaqdan idarə olunan sistemlər ələ keçirilib.

İran rəsmisi qeyd edib ki, sözügedən qrup bu avadanlıqla insanların sıx olduğu mərkəzlərdə genişmiqyaslı intihar hücumları həyata keçirməyi planlaşdırıb.

İran təhlükəsizlik qüvvələri bu yaxınlarda 2 nəfərin Reyşəhridə, 2 nəfərin isə Tehranın Əlborz əyalətində Mossad adından işlədikləri səbəbilə saxlanıldığını açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR