Tehran və Ər-Riyad arasındakı münasibətlər G7 ölkələrini məmnun edib

Tehran və Ər-Riyad arasındakı münasibətlər G7 ölkələrini məmnun edib

G7 xarici işlər nazirləri İran və Səudiyyə Ərəbistanı arasında 7 ildən sonra diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışlayıblar.

Az.rasthaber.com xəbər verir ki, G7 xarici işlər nazirləri Yaponiyanın dövri sədrliyi ilə ölkənin Naqano əyalətinin Karuizava şəhərində görüşüblər.

G7 xarici işlər nazirlərinin birgə bəyanatında İran və Səudiyyə Ərəbistanının diplomatik əlaqələrə başlamaq qərarı alqışlanıb.

Bəyanatda G7-nin region ölkələri arasında münasibətlərin yaxşılaşdırılması və gərginliyin azaldılması istiqamətində səyləri dəstəklədiyi vurğulanıb.

Digər tərəfdən, Türkiyə, Avropa Birliyi (AB), Suriya, İraq, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi bir çox ölkə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələrin yenidən açılması qərarının sevindirici olduğunu açıqlayıb.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.

Xəbəri paylaş

VİDEOLAR