Tehran və Ər-Riyad arasında neft əməkdaşlığı ilə bağlı ilkin araşdırmalar başlayıb

Tehran və Ər-Riyad arasında neft əməkdaşlığı ilə bağlı ilkin araşdırmalar başlayıb

İran Milli Neft Şirkətinin baş direktoru Möhsin Xocəstə Mehr Tehran və Ər-Riyad arasında neft əməkdaşlığı üçün ilkin araşdırmaların başladığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Xocəstə Mehr deyib:

"İran və Səudiyyə Ərəbistanı arasında müştərək enerji sahələrində hasilatı artırmaq və istehsal gücünü saxlamaq üçün lazımi planlar və təsdiqlər alınıb".

Xocəstə Mehr Fruzan müştərək neft yatağında hasilatın artırılması ilə bağlı müsbət xəbərlərin tezliklə açıqlanacağını bildirib:

"Fərzad (B) qaz yatağının tikintisi üçün də müqavilə imzalanıb. Hazırda o, Petropars tərəfindən tikilir.

Araş neft yatağında qazma işlərinə başlamaq üçün bütün hazırlıqlar görülüb".

Xəbəri paylaş

VİDEOLAR