Tehran və Kərbəla şəhərləri qardaşlaşıb

Tehran və Kərbəla şəhərləri qardaşlaşıb

İraqın Kərbəla şəhərinin qubernatoru Nasif Casim əl-Xəttabi İranın paytaxtında Tehran meri Əlirza Zəkani ilə görüş keçirib.

Az.rasthaber.com xəbər verir ki, Tehran və müqəddəs Kərbəla merləri bu şəhərləri qardaşlaşmış şəhərlər elan ediblər.

Bununla bağlı hər iki tərəf Anlaşma Memorandumu imzalayıb.

Bu Anlaşma Memorandumu təkcə Ərbəin mərasiminin keçirilməsi ilə bağlı məsələlərdə deyil, həmçinin Kərbəla və Tehran arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Xəbəri paylaş

VİDEOLAR