İranın Bağdaddakı səfiri İrəc Məscidi deyib
Rasthaber Azərbaycan xəbər verir ki, İranın Bağdaddakı səfiri İrəc Məscidi bəyan edib ki, “İraq İran düşmənlərinin olduğu ölkə olmayacaq”.
İraqın işğal, İŞİD terror təşkilatı və təhlükəsizliyin olmadığı mərhələləri geridə qoyduğunu deyən səfir xatırladıb ki, “İran bu 3 mərhələdə açıq-aşkar, dürüst rol oynayıb və bunu İraqın bütün rəsmi şəxsləri və xadimləri də qeyd edir”.
O bildirib ki, ABŞ İranı İraq səhnəsindən kənarlaşdıra bilməyəcək.
“Tehran və Bağdad həmişə bir yerdə işləməlidir və bu gün İran və İraq arasındakı iqtisadi, ticari və enerji mübadilələri 13 milyard dollardan çoxdur”, – deyə o qeyd edib.
Məscidi deyib ki, İraq regionda öz yerini tutmaq üçün bu gün sabitlik və yaradıcılıq-quruculuğun yeni mərhələsindədir.
“İraqın yeni hökumətinin İranla əlaqələri və hərtərəfli əməkdaşlığı genişləndirmək istəyi ciddidir”, – deyə o bildirib.
İsrail rejiminin dağıdıcı roluna dair İraq və İranın ümumi baxışının olduğunu qeyd edən səfir deyib ki, “İraq hökuməti və xalqı hesab edir ki, bu ölkənin ən böyük düşməni sionist rejimidir”.