Tehran-İslamabad münasibətlərində yeni dövr başlayıb

Tehran-İslamabad münasibətlərində yeni dövr başlayıb

Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari İran-Pakistan elektrik ötürücü xəttinin və Mand-Pişin sərhəd bazarının açılışını alqışlayıb.

Az.rasthaber.com xəbər verir ki, Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari, sosial media hesabında dünən rəsmi mərasimlə açılan Mand-Pişin sərhəd bazarı haqqında paylaşım edib.

Zərdari aylaşımında bildirib:

"Bu, sərhədyanı bölgədə yaşayan əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması, rayon əhalisi üçün iş imkanlarının yaradılması baxımından mühüm hadisədir".

100 meqavatlıq transsərhəd elektrik ötürücü xəttinin açılışında iştirak edən Pakistanın xarici işlər naziri bu layihənin açılışı ilə Tehran-İslamabad münasibətlərində yeni dövrün başladığını bəyan edib.

İran prezidenti İbrahim Rəisi və Pakistanın baş naziri Şahbaz Şərifin qatıldığı mərasimlə dünən iki ölkə arasında elektrik nəqli xətti layihəsi və sərhəd bazarı açılıb.

Xəbəri paylaş

VİDEOLAR