Tehran İran və ABŞ arasında görüşlər barədə xəbərləri təsdiqləyib

Tehran İran və ABŞ arasında görüşlər barədə xəbərləri təsdiqləyib

İranın BMT-dəki Daimi Nümayəndəliyi İran və ABŞ arasında Omanda dolayısı danışıqların aparılması xəbərlərini təsdiqləyib.

Az.rasthaber.com xəbər verir ki, açıqlamada bildirilib:

"Bu danışıqlar nə ilk idi, nə də sonuncu olacaq."

Görüşün təfərrüatları ilə bağlı açıqlama verilməyib.

Digər tərəfdən, İbrani xəbər saytı “Walla” adı açıqlanmayan iki mənbəyə əsaslanaraq “Çərşənbə axşamı (14 may) ABŞ və İran Omanda Yaxın Şərqdəki gərginliklə bağlı danışıqlar aparıb” xəbərini yayıb. 

Görüşlərdə ABŞ Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və İranın xüsusi nümayəndəsi Abram Pelinin iştirak etdiyi bildirilsə də, İran tərəfi ilə bağlı hər hansı məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR