Təcavüzkar səud koalisiyası Yəməndəki müqəddəs məkanları hədəfə alır

Təcavüzkar səud koalisiyası Yəməndəki müqəddəs məkanları hədəfə alır

Yəmənin Vəqflər üzrə Baş İdarəsi verdiyi açıqlamada təcavüzkar koalisiyanın muzdluları tərəfindən bəzi ziyarətgahların hədəfə alındığını bildirib və bu hərəkəti pisləyib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Əl-Əhd portalı məlumat yayıb.

Məlumata əsasən, Yəmənin Vəqflər üzrə Baş İdarəsi bir bəyanatda bildirib ki, ABŞ-Səudiyyə-Əmirliyin təcavüzkar koalisiyası İrqə bölgəsindəki Əbdül Rəhman Bin Ömər Badasın məqbərəsini və Şəbvə əyalətinin cənubundakı Rəzum bölgəsindəki Bin Əbdül Səmədin günbəzini bombalayıb və oranı yerlə yeksan ediblər. 

Yəmənin Vəqflər üzrə Baş İdarəsi təcavüzkar koalisiya tərəfindən müqəddəs məkanlara və ziyarətgahlara qarşı hörmətsizliyi qınayıb və bu hərəkətləri təcavüzkar və muzdlular koalisiyasının cinayət qeydinə əlavə edilmiş cinayət kimi qiymətləndirib.

Xəbəri paylaş

VİDEOLAR