Təbrizdə bütün Quran xalçaya toxunur

Təbrizdə bütün Quran xalçaya toxunur

Dünyanın ən nəfis toxunmuş Quranı Təbrizdə toxunmaqdadır. Altı il bundan öncə başlayan iş təqribən yarıya çatıb.

Rasthaber Azərbaycan  İran mediasına istinadən məlumatına əsasən, təbrizli xalçaçıların bütün Quranı toxumaq layihəsi işinin 45 faizi geridə qalıb.

Məlumata görə, burada hər xalça səhifəsində Quranın dörd səhifəsi yerləşirilir və bu shifələrin bir toxucu tərəfindən hər birinin toxunuşu 16 ay çəkir. Toxumaq işilə birbaşa 7 nəfər məşğuldur.

Bu nəfis əsərin başa gəlməsində 18 rəngdən istifadə edilir və təkcə rənglənmə və cövhərləmə işi üç il çəkib.

Bu "Xalça Quran"ın səhifəsinin enliyi 45, üzunluğu 75 sm-dir.

Xəbəri paylaş

VİDEOLAR