İyulun 13-dən İranın Təbriz şəhərindən Türkiyənin İstanbul şəhərinə uçuşlar bərpa olunur.
Rasthaber Azərbaycan report-a istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan ostanının Hava limanları üzrə baş direktoru Ramin Azəri bildirib.
Onun sözlərinə görə, aviareyslər Təbrizin Şəhid Mədəni aeroportundan həyata keçiriləcək.
“İstanbul-Təbriz-İstanbul istiqamətində uçuşları hər həftənin bazar ertəsi günləri “Airtour” şirkəti reallaşdıracaq”,- o vurğulayıb.
Xatırladaq ki, Təbriz-İstanbul istiqamətində uçuşlar koronavirusa qarşı tədbirlər çərçivəsində bu ilin mart ayından dayandırılmışdı.