Tbilisidə keçirilən aksiyada 12 nəfər saxlanıldı

Tbilisidə keçirilən aksiyada 12 nəfər saxlanıldı

Səhər saatlarında Gürcüstan parlament binası önündə keçirilən aksiyada 12 nəfər saxlanılıb.

Rasthaber Azərbaycan xəbər verir ki, səhər saatlarında Gürcüstan parlament binası önündə keçirilən aksiyada 12 nəfər saxlanılıb.

24News.ge xəbərinə görə,  bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Verilən məlumata görə, qanunverici orqanın qarşısında keçirilən aksiyada polis tərəfindən 12 nəfər saxlanılıb.

Nazirliyin məlumatına görə, adıçəkilən şəxslər polisə itaətsizlik və xırda xuliqanlıq ittihamı ilə saxlanılıb:

“Parlament binası yaxınlığında keçirilən mitinq zamanı polis 12 nəfəri inzibati xətalara görə saxladı. Bu şəxslər 173-cü (hüquq-mühafizə orqanlarının əməkdaşlarına itaətsizlik) və 166-cı (xırda xuliqanlıq) maddələri ilə saxlanılıb”, - deyə Daxili İşlər Nazirliyi məlumatında deyilir.

Saxlanılanlar arasında Giorgi Vaşadze, Giorgi Tevdoradze, Beso Gazdeliani, Guram Çalaqaşvili, Zurab Kostava, David Kakauridze, Kaxaber Maçhitidze də var.

Xəbəri paylaş

VİDEOLAR